Palliativ Yardım logo

Palliativ Yardım

Palliativ Yardım

Palliativ yardım ağır və sağalmaz xəstəliklərdən əziyyət çəkən insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tibbi, psixoloji və sosial tədbirlərin kompleksidir. Bu yardım hər yaş qrupuna aid xəstələr üçün nəzərdə tutulur.

 

“Palliativ” termini latınca pallio (“örtmək”, “qorumaq”) sözündən götürülmüşdür.

Palliativ qayğı ağrının aradan qaldırılmasına, xəstəliyin digər ağır əlamətlərinin yüngülləşdirilməsinə və fiziki-psixoloji stressin azaldılmasına xidmət edir. O, xəstəliyin istənilən mərhələsində tətbiq oluna bilər və əsas (kurativ) müalicəni tamamlayır.

Palliativ yardım xəstəliyin tam sağalmasını hədəfləmir; məqsəd xəstənin vəziyyətini sabitləşdirmək, əzab və narahatlıqları azaltmaq, onun rahatlığını və ləyaqətini qorumaqdır.

Bu dəstək yalnız xəstəyə deyil, eyni zamanda ailə üzvlərinə və yaxınlarına da yönəlir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, həyatının son mərhələsində olan xəstələrin təxminən 60%-i palliativ yardıma ehtiyac duyur.

Palliativ yardımın prinsipləri

Palliativ yardımın prinsipləri

Palliativ qayğı iki əsas komponentdən ibarətdir: Hüquqların qorunması yalnız hüquqi məsələ deyil, həm də etik və humanist yanaşmanın göstəricisidir. Xəstəliyin bütün mərhələləri ərzində xəstənin əziyyətinin və simptomlarının azaldılması (radikal/kurativ müalicə ilə paralel şəkildə); Həyatın son ayları, günləri və saatlarında göstərilən tibbi və psixososial dəstək.
Daha çox məlumat al
Palliativ yardımın təşkilati formaları

Palliativ yardımın təşkilati formaları

Palliativ qayğı üç əsas istiqaməti özündə birləşdirir: simptomların idarə olunması, psixoloji dəstək və sosial dəstək.   1. Simptomların idarə olunması (ağrının aradan qaldırılması) Palliativ yardımın əsas məqsədlərindən biri ağrının və digər ağır simptomların effektiv nəzarətdə saxlanılmasıdır. Bunun üçün simptomatik terapiya və fərdi müalicə planı tətbiq olunur. 2. Psixoloji dəstək Ağır xəstəlik həm xəstə, həm də onun ailə üz
Daha çox məlumat al
Palliativ yardımın modelləri

Palliativ yardımın modelləri

Hazırda Mərkəzi və Şərqi Avropa, keçmiş Sovet məkanı, Cənub-Şərqi Asiya, Cənubi və Şərqi Afrika, Mərkəzi Asiya, Latın Amerikası və Yaxın Şərq ölkələrində müxtəlif palliativ yardım proqramları fəaliyyət göstərir. Bu proqramlar ölkələrin səhiyyə sisteminin xüsusiyyətlərinə uyğun olaraq fərqli modellər əsasında təşkil olunur.
Daha çox məlumat al